Paytaxtın Xətai rayonunda avtoqəza baş verib. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə isitnadən xəbər verir.
Avtomobillərdən biri işıqforun qırmızı işığına məhəl qoymayaraq yol kəsişməsinə daxil olub. Nəticədə “Toyota” və “BMW” markalı avtomobillər toqquşub, “BMW” zərbənin gücündən aşıb. 1 nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Araşdırmalar davam edir.