Paytaxtın Xətai rayonunda sərxoş kişi körpüdən yıxılıb. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
62 yaşlı Aleksandr Skrilnikov sərxoş vəziyyətdə körpü üzərində piyada hərəkət edən zaman oradan düşərək şoseyə yıxılıb. Nəticədə o, müxtəlif bədən sınıqları ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.