Paytaxtın Xətai rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 40 kv.m olan birmərtəbəli evin dam örtüyü 15 kv.m sahədə alışıb. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.