Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 7 dekabr tarixində xəbər verir.
Avtomobil yolu keçən 28 yaşlı Ləman Süleymanovanı vurub.
Xəstəxanaya çatdırılan yaralıya qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.