Bakının Xətai rayonunda yanğın baş verib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən bu gün, 25 noyabr tarixində məlumat verir.
Ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət köməkçi tikili və qismən yaxınlıqdakı 4 ədəd ağac yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Ağaclar yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.