Xəzər rayonunda gənc oğlan güllələnib. Bu haqda 1 oktyabr tarixində APA məlumat verib.
Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində 28 yaşlı Tural Piriyev naməlum şəxs tərəfindən tüfəng ilə güllələnib. O, sağ baldır və qarın nahiyəsinin güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.