Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində qanunsuz qum daşıma halları aşkarlanıb. Bu haqda bu gün, 21 dekabr tarixində Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Gündüz İsmayılovun məsuliyyətində olduğu iki ədəd “Kamaz” markalı yük avtomobilləri qəsəbə ərazisindəki çimərlikdən ümumilikdə 1012,5 kub/metr həcmində qum daşıdıqları məlum olub.
Təbiətə ümumilikdə 42.525 manat ziyan dəyib. Faktla bağlı Baş Prokurorluqda cinayət işi başlanılıb.