Bakının Xəzər rayonunda qarajda yanğın olub. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Həyatyanı sahədə tikilən qarajın yanar konstruksiyaları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alışma söndürülüb. Xəsarət alan olmayıb.