Paytaxtın Xəzər rayonunda silsilə oğurluqlar edən şəxslər tutulublar. Bu haqda bu gün, 11 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
E.Kərimov və Yardımlı rayon sakini N.Həmidli rayon ərazisindəki evlərdən və emalatxanadan ümumilikdə 6 ədəd su mühərriki, kombi aparatı, 4 ədəd radiator, yuyucu aparat, 500 AZN dəyərində təmir-tikinti alətləri və naqil, mağazalardan 350 AZN və 400 AZN dəyərində tütün məmulatları və bir nəfərfən mobil telefon oğurlamaqda şübhəli bilinirlər.
Onlar barəsində araşdırmalar davam edir.