Paytaxtın Yasamal rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 7 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri E.Əliyev və L.Qarinseva şübhəli şəxs qismində saxlanılıblar. Onlarda 3 kiloqram 10 qram heroin aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam edir.