Paytaxtın Yasamal rayonu, H.B.Zərdabi prospektində fəhlə iş başında dünyasını dəyişib. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Türkiyə Respublikasının vətəndaşı Yusuf Yıldız fəhlə kimi işlədiyi çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən yıxılıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmaya başlanılıb.