Paytaxtın Yasamal rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 17 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Daxil olan məlumat əsasında FHN-in əməkdaşları adıçəkilən rayon ərazisində yerləşən mənzilə gəliblər. Bağlı qapını qıraraq onlar içəridə 1 nəfərin cansız bədənini aşkar ediblər. Əməkdaşlar meyiti aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.