Bakı şəhəri, Yasamal rayonunda avtomobildə yanğın baş verib. Bu haqda bu gün, 23 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Dayanacaqda dayanan “Kia” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Yaxındakı nəqliyyat vasitələri yanğından mühafizə olunub. Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb.