Paytaxtın Yasamal rayonu, Ş.Qurbanov küçəsində yerləşən köşklərdən birinə basqın edilib. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Naməlum şəxslər Seymur Yahyayevin satıcı kimi işlədiyi köşkə daxil olaraq onu döyüb, daha sonra ayağından bıçaqlayıblar. Daha sonra onlar kassada olan 1805 AZN pulu götürərək hadisə yerindən uzaqlaşıblar.
S.Yahyayev xəstəxanada müalicə edildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.