Bakının Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən avtomobil təmiri sexlərinin birindən oğurluq əməlini törətməkdə şübhəli bilinən iki qardaş saxlanılıb. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istindadən məlumat verir.
Polisə verilən məlumata əsasən, sexdən 10.500 manat dəyərində səsboğucu və 4 ədəd səsboğucu göstəricisi oğurlanıb.
Aparılan tədbirlər nəticəsində oğurluq əməlində şübhəli bilinən Zaqatala rayon sakinləri, əvvəllər məhkum olunmuş Faiq Buğluyev və qardaşı Tərlan saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.