Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yol qəzası baş verib. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az məlumat verir.
“AzSamand” markalı minik avtomobili yolun kənarında dayanan “Mitsubishi Pajero”ya çarpılıb. Avtomobildə sürücü olmadığına görə xəsarət alan olmayıb. Lakin avtomobillərə ciddi maddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, “Samand”ın sürücüsündən izahat götürülüb. Faktla bağlı araşdırma aparılır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/06/bakuvideo.mp4"][/video]