Bakının Yasamal rayonunda ticərət obyektlərindən oğurluq edilib. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə verilən məlumata görə, 2000 manat dəyərində tütün məmulatları, bir piştaxtadan isə 478 manat dəyərində quru meyvə oğurlanıb. Aparılan tədbirlər nəticəsində oğurluq əməllərində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.