Bakıda avtomobil hasara çarpılıb. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Ziya Bünyadov prospektində baş verib. Minik avtomobili yüksək sürətlə hərəkətdə olan zaman digər maşınla toqquşub. Nəticədə avtomobillərdən biri yol kənarında tikinti aparılan ərazinin hasarına çarpılıb. 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
[caption id="attachment_103918" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]