Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində xəsarətlərlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 6 yanvar tarixində APA məlumat verib.
“Toyota Prius” markalı minik avtomobilinin sürücüsü "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə həmin istiqamətdə hərəkət edən “Hyundai”, “Opel” və digər “Toyota” markalı avtomobillər ardıcıllıqla bir-birinə çarpılıb.
“Toyota”da olan iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Yolda hərəkəti bərpa etmək üçün evakuator xidməti çağırılıb, avtomobillər ərazidən götürülüb. Faktla bağlı araşdırma aparılır.
[URIS id=85832]