Bakıda milonqa-tanqo axşamı keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 5 sentyabr tarixində xəbər verir.
10 sentyabr, saat 19:00-da Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq rəqs axşamında 19 yaşdan yuxarı hər kəs iştirak edə bilər.
İştirak ödənişsizdir. İştirakçılardan sərbəst geyim formasında gəlmələri xahiş olunur.
Milonqa-tanqo axşamı İlham Osmanovun təsis etdiyi “IN-Tango Baku” klubunun təşkilatçılığı ilə açıq havada baş tutacaq.