11 noyabr tarixində saat 16:00-da Bakıda “Təsviri incəsənət sahəsində cinayətlər. Təsnifat. Tarix. Mübarizə üsulları” mövzusunda vebinar keçiriləcək. Seminar “Art Management” rel="nofollow" layihəsi çərçivəsində baş tutacaq.
Vebinarda təlimçi qismində sənətşünas Sevil Kərimova iştirak edəcək.
“Zoom” tətbiqi vasitəsilə keçiriləcək treninqdə dinləyici qismində iştirak etmək istəyənlərin qeydiyyatdan keçməyi mütləqdir.
Qeydiyyat üçün “Art Management” başlığını qeyd etməklə elektron-poçt ünvanına müraciət etmələri xahiş olunur.