29 oktyabr tarixində saat 19:00-da Bakıda daha bir teatr yeni mövsümün açılışını premyera ilə edəcək. Bu haqda Apa 28 oktyabr tarixində xəbər verib.
Teatr yeni mövsümə “Kloun Z” tamaşasının premyerası ilə başlayacaq.
Quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənov olan tamaşa rumıniyalı dramaturq Matey Vişnekin “Qoca kloun tələb olunur” pyesi əsasında hazırlanıb. Əsər feeriya-makabr janrında yazılıb.
Səhnə əsərində teatrın sənətçiləri Natəvan Qeybani (Sarı), Zümrüd Qasımova (Qırmızı) və Təranə Ocaqverdiyeva (Yaşıl) çıxış edirlər.
Tamaşa YUĞ Teatrının müvəqqəti məkanında – A.Şaiq adına Azərbaycan Dövlət Kukla
Teatrının kiçik səhnəsində baş tutacaq.
“Kloun Z” tamaşasının növbəti nümayişi oktyabr ayının 31-də baş tutacaq.