5 noyabr tarixində Beynəlxalq Muğam Mərkəzində “İgidlərin sözü” adlı proqram təqdim olunacaq. Tədbir şairə Nigar Həsənzadənin təşəbbüsü ilə həyata keçirilən “Söz” ədəbi layihəsi çərçivəsində keçiriləcək. Bu haqda Azərtac xəbər verib.
Proqramda Vətən müharibəsi iştirakçıları, qazilər öz yaradıcılıq nümunələrindən şeirlər və esselər səsləndirəcəklər.
Tədbirə regionlardan olan qazilər də qatılacaq. Onların döyüşlər zamanı qələmə aldıqları nümunələri səsləndirmək imkanı da olacaq.
Tədbirdə Qarabağ müharibəsi zamanı lentə alınan videogörüntülər də nümayiş olunacaq.