top
Bakıda “Polşa kino günləri” festivalı start götürür
05 sentyabr 2022, 06:00
- ↺ +

Bakıda “Polşa kino günləri” festivalı start götürür

Bakıda “Polşa kino günləri” festivalı başlayır. Bu barədə bu gün, 5 sentyabr tarixində Bakuplus.az festivalı təşkil edən Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinə istinadən məlumat verir.

Sentyabr ayının 6, 13, 20, 27-də “Azərbaycan CinemaPlus”-da saat 19:00-da nümayiş olunacaq filmlər aşağıdakılardır:

- 6 sentyabr – “Balkondan” tammetrajlı sənədli filmi (2021-ci il, rejissor Pavel Lozinski);

- 13 sentyabr – “Məsihin bədəni” tammetrajlı bədii filmi (2019-cu il, rejissor Yan Komasa);

- 20 sentyabr – “Antiqəhrəman” tammetrajlı sənədli filmi (2021-ci il, rejissor Mixal Kavetski);

- 27 sentyabr – “İzlər qalmasın deyə” tammetrajlı bədii filmi (2021-ci il, rejissor Yan P. Matuşınski).

Festival çərçivəsində sentyabrın 6-da nümayiş ediləcək Pavel Lozinskinin “Balkondan” tammetrajlı sənədli filmi 2021-ci ildə “Locarno Beynəlxalq Film Festivalı”nda “Tənqid həftəsi” (“Semaine de la critique”) bölməsində Qran-Pri qazanıb.

Film üzərində işləyərkən rejissor iki ildən çox vaxtını eyvanında kamera ilə keçirib və yoldan keçənlərlə 2000-ə yaxın söhbəti lentə alıb. Rejissor yoldan insanlara film üçün personajlar axtardığını deyib, onlardan özləri haqqında danışmalarını istəyib, həmçinin həyatın mənası ilə bağlı ekzistensial suallar verib. Bəzi həmsöhbətlər həvəslə dialoqa girir, həyatdan bəlağətlə danışır, rejissoru suallarla incidir, bəziləri qorxusundan, utancından çətinliklə çıxıb qaçırdılar.

Yoldan keçən 80 nəfəri seçən rejissor insan hekayələrinin rəngarəng palitrasını yaradıb və ən vacib olanları - insanlar və onların duyğularını ayırıb.

Filmlər yuxarıda qeyd olunmuş tarixlərdə "Azərbaycan" Cinemaplus kinoteatrında ("Hard Rock" kafesinin arxası) nümayiş olunacaq. Giriş sərbəstdir.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
Dünən, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
Dünən, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Aktual Xəbərlər
Dünən, 00:10

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Xəbər
30 sentyabr 2026, 18:00

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib

Xəbər
30 sentyabr 2026, 17:36

İllik elektron pul köçürmələrində yeni hədd: aylıq 50 min manat - YENİLƏNİB

Xəbər
30 sentyabr 2026, 17:05

Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU

Xəbər
30 sentyabr 2026, 15:56

Bakıda yaşayan Diana Pakistanda təcavüzə məruz qaldı  - vətənə göndəriləcək

Xəbər
30 sentyabr 2026, 15:30

"Su günlərdir ki, boş-boşuna axır" - ŞİKAYƏT

Xəbər
30 sentyabr 2026, 15:00

Ombudsmanın maaşı 4 dəfə artırıldı - 12 min manat oldu

Xəbər
30 sentyabr 2026, 14:37

Rəssam  77 yaşında vəfat etdi

Xəbər
30 sentyabr 2026, 14:07

Azərbaycan əsilli SABI özəl çıxışına görə 100 min dollar qonorar alıb

Xəbər
30 sentyabr 2026, 13:26

KFC-də masanın üstündən telefon oğurladı - Cəzası bəlli oldu

Xəbər
30 sentyabr 2026, 12:56

Bakıda sabahın hava proqnozu

Xəbər
30 sentyabr 2026, 12:07

Qapını döydülər, cavab gəlmədi - Xilasedicilər çağırıldı

Oxşar xəbərlər