Bakıda İtaliya istehsalı olan film nümayiş olunacaq. Bu haqda BakuPlus.az bu gün, 25 oktyabr tarixində xəbər verir.
26-30 oktyabr tarixlərində baş tutacaq “N.I.C.E İtaliya film festivalı” çərçivəsində komediya janrında çəkilmiş “Bizim kabuslar” filminin nümayişi baş tutacaq.
Ekran əsərinin rejissoru Alessandro Kapitanidir.
Filmdə sosial işçilərin oğlunu əlindən alacaqlarından qorxan ata oğlu ilə birlikdə çardaqda gizlənmək və kabuslar kimi yaşamağa qərar verir, eyni zamanda aşağıdakı mənzildə tez-tez dəyişən sakinləri vahiməyə salır.
Tədbir 27 oktyabr, saat 15:00-da keçiriləcək.
Giriş sərbəstdir.