Bakıda Ukrayna müharibəsinin nəticələrinə həsr olunan “Ana, mən müharibə istəmirəm” adlı uşaq rəsm sərgisinin açılışı olub. Bu haqda bu gün, 19 sentyabr tarixində Report məlumat verib.
Tədbir Ukrayna və Polşanın Azərbaycandakı səfirlikləri tərəfindən təşkil olunub. Sərgidə nümayiş etdirilən rəsmlər uşaqların işğalı necə gördüklərindən, müharibəyə son qoymağa çağırışlarından bəhs edir.
Sərgiyə gələnlərə Ukraynadakı dağıntılarla bağlı qısa videoçarxlar da nümayiş etdirilib.
Tədbirin açılışında Polşa və Ukraynanın Azərbaycandakı səfirləri Rafal Poborski və Vladislav Kanevski iştirak ediblər. Ukraynalı diplomat öz çıxışında Azərbaycana humanitar yardım göstərdiyinə görə təşəkkür edib.