Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş “Fikrət Əmirov - 100” musiqi festivalı çərçivəsində konsert keçirilib. Bu haqda 15 noyabr tarixində Report məlumat verib.
Belə ki, 15 noyabr tarixində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edib.
Yubiley tədbirində xalq artistləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Proqrama bəstəkarın müxtəlif əsərləri daxil edilib.