Bakı Gənclər Mərkəzində növbəti kino günü keçiriləcək. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
Tədbir 28 oktyabr saat 16:00-da başlaycaq. Nümayiş olunacaq film “The World in 2050” olacaq. İştirak ödənişsizdir. Qeydiyyat üçün Bakı Gənclər Mərkəzinin İnstagram səhifəsinə yazmaq kifayətdir.
İştirakçılar filmləri izləyərək sonda böyük intellektual yarışmaya qatılmaq və həmin yarışın sonunda dəyərli hədiyyələr qazanmaq şansı əldə edəcəklər.