Bakı Caz festivalının keçiriləcəyi yeni tarixlər açıqlanıb. Bu haqda bu gün, 12 noyabr tarixində Bakuplus.az festivala istinadən xəbər verir.
17-ci “Baku Jazz Festival” 15-20 noyabr tarixlərində şəhərin müxtəlif məkanlarında keçiriləcək.
Festival “Grammy” mükafatının sahibi Qreqori Maretin ifası ilə başlayacaq və bir sıra xarici musiqiçilərin çıxışları ilə davam edəcək. Həmçinin YARAT mərkəzində məşhur cazmen Mayls Devis barəsində sənədli film nümayiş olunacaq.
Bakı caz festivalı 23-30 sentyabr tarixlərində keçirilməli idi, ancaq Ermənistan-Azərbaycan sərhədində baş vermiş təxribat səbəbindən ertələnmişdir.
[URIS id=78821]