Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Payız əfsanələri” incəsənət yarışması və onun nəzdində Rəqs üzrə Bakı Kuboku keçirilib. Bu haqda 14 noyabr tarixində Milli.az məlumat verib.
Tədbir Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Tamaşalar bir neçə janrda - folklor, klassika, estrada sənəti, musiqi, teatr, vokal, bədii qiraət, xoreoqrafiya üzrə təqdim olunub. İştirakçılar 4-6 yaş, 7-8 yaş, 9-10 yaş, 11-12 yaş, 16-25 yaş, 25 yaş və yuxarı yaş kateqoriyalarında iştirak ediblər.
Münsiflər heyəti Azərbaycanın əməkdar artistləri və incəsənət xadimlərindən ibarət olub.