Akademik Milli Dram Teatrının səhnəsində "Anamın kitabı" tamaşası göstəriləcək. Bu haqda 14 noyabr tarixində Bakuplus.az məlumat verir.
Noyabrın 18-19-20-də nümayiş olunacaq tamaşanın əsas məqsədi ana dilimizin təbliğatından ibarətdir. Tragikomediyanın quruluşçu rejissoru Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyevadır.
Tamaşa Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri əsasında hazırlanıb.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də İticket.az saytından əldə etmək mümkündür.