Akademik Milli Dram Teatrı yeni mövsümə “Zəfər yolu” tamaşası ilə başlayacaq. Bu haqda 3 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Tamaşa 23 sentyabr saat 19:00-da göstəriləcək. Eyni tamaşa 24 və 25 sentyabr tarixlərində də nümayiş olunacaq.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəyə həsr olunan tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.