top
Fəridə Aslanova: “Musiqili Teatrımızın tarixində ingiliscə olan ilk və yeganə tamaşadır” - ÖZƏL AÇIQLAMA
24 oktyabr 2024, 03:33
- ↺ +

Fəridə Aslanova: “Musiqili Teatrımızın tarixində ingiliscə olan ilk və yeganə tamaşadır” - ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının noyabr repertuarı açıqlanıb.

Repertuarda diqqət çəkən məqam cədvəldə COP29 çərçivəsində səhnləşdiriləcək əsərlər olub. Əsərlərdən üçü xarici dildə təqdim olunacaq. Cəlil Məmmədquluzadənin “Anamın kitabı” ingilis dilində, A.N.Ostrovskinin “Lara Martins Jazz Club”u rus dilində və Z.Saqalovun “Aysedora” kiçik səhnəsi rus dilində səhnələşdiriləcək.

Maraqlıdır, xarici dildə təqdim olunacaq əsərlərdə hansı aktyorlar rol alacaq?

Məsələ ilə bağlı BakuPlus.az-a Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova bildirib ki, “Anamın kitabı” Musiqili Teatrımızın tarixində ingiliscə olan ilk və hələ ki, yeganə tamaşadır:

“Anamın kitabı” tamaşası  Mədəniyyət Nazirliyinin layihəsidir. Bu tamaşada ölkəmizin  digər teatrlarının aktyorları da iştirak edirlər.

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir”.

F.Aslanova qeyd edib ki, “Anamın kitabı” tamaşasının səhnələşdirilməsində məqsəd dilimizin saflığını və dəyərini nümayiş etdirməkdir:

“Bu tamaşanın məşq prosesində ingilis dilini öyrənən aktyorlar da olub. İngilis dilini bilən aktyorlarımız rol alacaq. Tamaşada həm musiqi, həm də pantomim hərəkətləri var. Bu da təsir gücünü artırır. İngilis dilində səhnələşdirilməsi tamaşanın təsir gücünü artırmaq üçündür”.

Fəridə Aslanova rus dilində nümayiş olunacaq əsərlərə də aydınlıq gətirib:

“Bizim teatrımızda rus bölməsi də var. Bizdə həmişə rus və Azərbaycan dilində tamaşalar nümayiş olunub. COP29 çərçivəsində maraqlı tamaşalar təqdim edəcəyik”.

Nəzrin Vahid

Son xəbərlər

Aktual Xəbərlər
Dünən, 17:38

Səkkiz avtobus marşrutunun hərəkət sxemi dəyişir

Aktual Xəbərlər
Dünən, 17:32

Din xadiminə sui-qəsd hazırlayanlara HÖKM OXUNDU

Xəbər
Dünən, 17:08

Bacısına mesaj yazan qaynını bıçaqladı

Siyasət
Dünən, 16:38

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Xəbər
Dünən, 16:17

Bakıda müdir maaşını istəyən işçisini döydü

Siyasət
Dünən, 15:52

Prezident: "Sülh hələ də kövrəkdir, onu möhkəmləndirmək lazımdır"

Xəbər
Dünən, 15:33

Nərimanov rayonunda bərbad yol: sakinlər şikayətçidir

Xəbər
Dünən, 14:41

Azərbaycanda gənc kişilər arasında ölüm göstəricisi qadınlardan iki dəfə çoxdur - Foto

Xəbər
Dünən, 14:34

Tələbələr arasında dava: "Kişi deyilsən?" deyib komaya saldı

Xəbər
Dünən, 13:20

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Aktual Xəbərlər
Dünən, 13:07

İlham Əliyev: "Müharibə bizim seçimimiz olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:14

"Rəqəmsal rabitə" informasiya sistemi yaradılıb - FƏRMAN

Xəbər
Dünən, 11:54

Bakıda yük maşını yolda xarab oldu - Əsas prospektlərdən birini bağladı

Aktual Xəbərlər
Dünən, 10:45

İstanbuldakı fırtına Bakıda da gözlənilir? - AÇIQLAMA

Aktual Xəbərlər
Dünən, 09:38

Bakıda gənc oğlan bıçaqlandı

Xəbər
Dünən, 09:25

Bakıda tozlu hava iki gün davam edəcək

Xəbər
Dünən, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Xəbər
Dünən, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Xəbər
14 oktyabr 2026, 17:24

Bakıda yeniyetmə futbol oynadığı zaman cinayət törətdi

Xəbər
14 oktyabr 2026, 17:00

Lavrov Bakıya gələcək

Siyasət
14 oktyabr 2026, 16:56

Şavkat Mirziyoyev Bakıya gəlir

Siyasət
14 oktyabr 2026, 16:40

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Xəbər
14 oktyabr 2026, 15:58

Azərbaycanlılar ən çox nəyə pul xərcləyirlər? – SİYAHI AÇIQLANDI

Xəbər
14 oktyabr 2026, 15:11

Bakıda ər arvadını kreditə görə döydü

Oxşar xəbərlər