top
Fokuslarını xaricə satan Tofiq əmi: 1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi
11 noyabr 2025, 14:25
- ↺ +

Fokuslarını xaricə satan "Tofiq əmi": "1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"On fokusun, heç olmasa, yeddisinin sirrini tamaşaçılar bizdən soruşurlar. Bir dəfə elə oldu ki, 1 manatı tamaşaçıdan alıb, 100 dollar etdim. O sonra baxırdı, görsün ki, həqiqətən, bu, dollardır? Həqiqi dollar olduğunu biləndən sonra dedi ki, bu pul mənimdir. Ona dedim ki, niyə sənin olmalıdır ki? Əziyyət çəkən axı mənəm orada. Hiss edirdim ki, onun bu pulu qaytarmaq fikri yoxdur. Dedim ki, ver, heç olmasa, iki dənə edim, biri sənin olsun, biri mənim. O da aldandı. Gözünün qabağında yenə həmin pulu qatlayıb, açdım, 1 manat oldu və özünə verib dedim ki, sənin pulun budur".

Bunu moderator.az-a açıqlamasında məşhur fokusçu, "Sehrbaz Tofiq əmi" adı ilə tanınan aktyor Tofiq İsgəndərli deyib.

O daha sonra bildirib ki, bəzi fokuslarının sirrini xaricə satıb:

"Fokusların sirlərini satmaq olur. Şəxsən mən xaricə satmışam. İki fokusumun sirrini satmışam, özü də yaxşı pula. Bir dəfə də Çində festivalda olanda müəllif nömrəmi göstərirdim. Oraya öz fokuslarını satanlar gəlmişdilər. Bir-iki sehrbaz yaxınlaşıb soruşdu ki, bu fokusun sirrini satırsan? Dedim ki, xeyr, satmaq fikrim yoxdur, festivalın sonunda baxarıq. Sonra yenidən yaxınlaşıb məndən bu fokusun sirrini satmağımı xahiş edirlər. Özü də təklif etdilər ki, nə qədər qiymət desən, verəcəyik. Sözsüz ki, tərcüməçi ilə danışırdıq. İki min dollar verəcəklərini dedilər. Sonda dörd min dolların üzərində dayandılar. Əvvəlcə pula şirnikləndim, istədim ki, satım. Fikirləşdim ki, o bunu alıb, satışa buraxacaq, ondan sonra mən bu fokusu harada göstərəcəyəm? Nə qazanacağam? Ona görə də satmadım.

Bir dəfə də Türkiyədəki festivalda İrandan olan bir sehrbaz müəllif nömrəmi məndən istədi. Mən o fokusu əlimlə düzəltmişdim. Həmin fokusçu dedi ki, mən bunu fabrikdə düzəltdirərəm, sataram və hər dəfə satılanda da sənə də oradan faiz verərəm. Fikirləşdim ki, bu mənə hesabat verməyəcək ki, bu qədər satdım. Dedim ki, xeyr, satmıram. Çox xahiş etdi, nə qədər dedisə, satmadım. Söhbət "Piramida" fokusumdan gedir. Satdınsa, getdi. Bazara yayılandan sonra onu göstərməyin böyük bir əhəmiyyəti yoxdur. Yəni həmin fokus səninki olmaqdan çıxır.

Pandemiya vaxtında iş yox idi, boş vaxt həddindən artıq çox idi. Mən o zaman bir neçə rekvizit düzəldib, yaxşı qiymətə xaricə satmışam. Düzdür, bir az göndərmək çətin olub, amma hər halda qazanc əldə etmişəm. Sonra "İllüziya" adlı fokusum var idi. Onun mən çertyojunu satmışdım. İdeyamı da satmışam. Xaricdə dilerlər var, xüsusilə bu işlərlə məşğuldurlar. Onların fokusunu heç kim düzəldib, sata bilməz. Onların rəsmi saytları, işləri var. Qanunla məhkəməyə verə bilərlər. ABŞ-də, Almaniyada, Çində bu kimi işlər çox yayılıb".

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
22 oktyabr 2026, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
22 oktyabr 2026, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
22 oktyabr 2026, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
22 oktyabr 2026, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
22 oktyabr 2026, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
21 oktyabr 2026, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
21 oktyabr 2026, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
21 oktyabr 2026, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Oxşar xəbərlər