30 oktyabr tarixində Bakıda gənclərlə İlqar Mikayıloğlunun görüşü baş tutacaq. Görüş Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə eyniadlı məkanda saat 14:00-da keçiriləcək.
Tədbir çərçivəsində jurnalistika, onun istiqamətləri və sirləri, müharibə müddətində yaşadığı təcrübələr haqqında müzakirələr aparılacaq. Müharibə vaxtı jurnalistika sahəsində baş vermiş dəyişikliklər və çıxarılan nəticələr barədə də suallara cavab tapmaq mümkün olacaq.
Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.