Bakıda Xalq yazıçısı Çingiz Abdullayevlə kitab müzakirəsi baş tutacaq. Bu haqda 12 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Görüş 15 sentyabr saat 19:00-da Aqata Kristinin doğum günü münasibətilə “Libraff” kitab evinin Park Akademiya filialında keçiriləcək. Tədbir zamanı Aqata Kristinin "13 müəmma" əsəri müzakirə ediləcək.