Ölkəmizi sərhədlərimizdən kənarda təmsil edən gənclərimizin konserti keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 20 sentyabr tarixində xəbər verir.
#senetinledestekle çağırışına qoşulan fəxrlərimizdən biri Tofiq Şıxıyevdir.
İyulun 6-sı saat 21:00-da Ankaradan canlı efirdə çıxış edəcək beynəlxalq müsabiqələr laureatı Tofiq Şıxıyev pianoda, onun sənət dostu Umay Şafak isə klarnetdə ifaları ilə tamaşaçıların qarşısına çıxacaqlar.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən təşkil olunan konsert onlayn şəkildə baş tutacaq.
Tofiq Şıxıyev 1993-cü ildə Bakıda anadan olub. Azərbaycan Milli Konservatoriyasının nəzdində musiqi kollecini və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını fərqlənmə ilə bitirən Tofiq Magistratura pilləsini SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəylinin sinfində alıb.
Çoxsaylı beynəlxalq müsabiqələrdə “Qran-Pri” və laureat adını qazanan gəncimiz hazırda Türkiyədə çalışır və konsert fəaliyyətini davam etdirir.