Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Herkules” adlı müzikl-tamaşa göstəriləcək. Bu haqda 2 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Herkulesin sərgüzəştləri haqqında hazırlanan tamaşa sentyabrın 17-də saat 12:00 və 15:00-da göstəriləcək. Rus dilində nümayiş olunacaq tamaşa musiqi, rəqs və interaktiv uşaq oyunları ilə zəngindir.
Müzikl-tamaşada balaca seyrçilər bir-birindən maraqlı musiqi parçaları və rəqs nömrələri ilə əyləncəli vaxt keçirəcəklər.
Biletləri iTicket.az saytından və şəhərin kassalarından əldə etmək mümkündür.