Muğam Mərkəzində “Sazın-sözün Butası” adlı konsert təşkil olunacaq. Bu haqda 1 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Tanınmış şair Səadət Butanın yaradıcılığına həsr edilmiş konsert 3 oktyabr saat 19:00-da Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılğı ilə keçiriləcək. Konsertdə tanınmış saz-söz adamları, muğam ustaları yer alacaqlar.
Biletləri şəhərin kassaları və iticket.az sayıtından əldə etmək mümkündür.