top
Prezident İlham Əliyev Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
01 avqust 2025, 12:50
- +

Prezident İlham Əliyev Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində vəfat etmişdir.

AZƏRTAC xəbər verir ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil almışdır.

Əmək fəaliyyətinə hələ tələbə ikən – 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olaraq başlayan Arif Babayev 1981-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim işləmiş, 1984-2000-ci illərdə indiki Bakı Musiqi Akademiyasında muğam ixtisası üzrə dərs demiş, 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasında professor və kafedra müdiri vəzifələrində çalışmışdır.

Qarabağ xanəndəlik məktəbinin parlaq simalarından olan Arif Babayev Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermişdir. O, sələflərinin sənət ənənələrini yaradıcılıqla davam etdirərək, özünəməxsus ifaçılıq dəst-xəti formalaşdırmış və bütün fəaliyyəti ərzində muğamın klassik ifa tərzinin qorunub saxlanmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Məlahətli və zəngin çalarlı səs tembrinə malik sənətkar milli muğam sənətinin vokal formasına yeni nəfəs gətirməklə dinləyicilərin məhəbbətini qazanmışdır.

Arif Babayevin yüksək məharətlə ifa etdiyi "Qarabağ şikəstəsi", "Segah", "Çahargah", "Rast", "Şur", "Bayatı-Şiraz" və digər muğamlar milli muğam sənətinin qızıl fonduna daxil olaraq Azərbaycanın musiqi sərvətləri xəzinəsini daha da zənginləşdirmişdir. Xanəndənin xüsusi zövq və ustalıqla oxuduğu təsniflər və xalq mahnıları Azərbaycanın musiqi mədəniyyəti inciləri sırasında layiqli yer tutur. Arif Babayev uzun illər muğam operalarında əsas partiyaların ifaçısı kimi canlandırdığı yaddaqalan obrazlarla musiqi salnaməmizdə dərin iz qoymuşdur. Onun dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" əsərində yaratdığı Məcnun obrazı opera tariximizdəki ən unudulmaz ifalardandır.

Arif Babayev dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərində və beynəlxalq musiqi festivallarında milli mədəniyyətimizi uğurla təmsil etmiş, çıxışları ilə musiqimizi müxtəlif xalqların nümayəndələrinə sevdirməyi bacarmışdır. Uzun müddət pedaqoji fəaliyyət göstərən ustad xanəndə keçdiyi həyat və sənət yolu ilə örnək olmuş, ifaçıların bir neçə nəslinin mənsub olduğu böyük məktəb yaratmışdır. Muğamla bağlı gerçəkləşdirilən layihə və proqramlarda yaxından iştirakı Arif Babayevin ölkədə muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində apardığı səmərəli işlərlə vəhdət təşkil edirdi.

Arif Babayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət", 2008-ci ildə "İstiqlal" və 2018-ci ildə "Şərəf" ordenləri, 2023-cü ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" və 2025-ci ildə Heydər Əliyev Mükafatı ilə təltif edilmişdir.

Görkəmli xanəndə, mahir pedaqoq və səmimi insan Arif İmran oğlu Babayevin xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Emin Əmrullayev

Polad Bülbüloğlu

Zeynəb Xanlarova

Alim Qasımov

Səkinə İsmayılova

Mənsum İbrahimov

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 17:30

"TikTok" videosu çəkəndə cərəyan vuran yeniyetmə Bakıda öldü

Xəbər
Dünən, 17:00

Bakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDI

Xəbər
Dünən, 16:30

Bakının bu kəndində 150 min adam yaşayır

Xəbər
Dünən, 15:30

Ögey atasını çəkiclə vuran oğulun məhkəməsi: "Anamı da içkiyə öyrətmişdi"

Xəbər
Dünən, 14:58

1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri BAĞLANIR?

Xəbər
Dünən, 14:39

Saxta ödəniş səhifələri yaradılıb - Ehtiyatlı olun!

Xəbər
Dünən, 14:12

Bakıda arvad ərinin boğazını kəsib öldürdü - "İNTİHAR EDİB" deyibmiş

Xəbər
Dünən, 13:40

Sevgisi nakam qalan şair - Yaşasaydı 38 yaşı olacaqdı...

Xəbər
Dünən, 12:47

Avtobusda sərnişinin başına bir saatdan çox su töküldü - Qurumdan CAVAB

Xəbər
Dünən, 12:43

"Ayıb olsun, "Azərişıq"! Keyfiyyət budur?" - Masazır sakinləri fəryad edir

Xəbər
Dünən, 12:13

Arvadını qarşısında otuzdurub hər mesaja görə bir şillə vurdu

Xəbər
Dünən, 11:18

"Netflix", "eBay" və "Anthropic" Azərbaycanda vergi uçotuna alınıb

Xəbər
Dünən, 10:32

Ali məktəblərin magistraturalarının boş qalan yerlərinə qəbul elan edilir

Xəbər
Dünən, 09:59

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Xəbər
Dünən, 09:48

Yol polisi mobil telefonlara görə sürücülərə müraciət etdi

Xəbər
23 avqust 2026, 21:00

24-30 AVQUST tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
22 avqust 2026, 18:04

Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb – Eldar Əzizov

Xəbər
22 avqust 2026, 14:02

Xalq artisti ağır qəzaya düşdü, vəziyyəti ağırdır

Xəbər
22 avqust 2026, 12:23

Sabah Bakıda 36 dərəcə isti olacaq

Xəbər
22 avqust 2026, 10:43

Bakıda qadın keçmiş ərini döydü, məhkəməlik oldu

Xəbər
22 avqust 2026, 01:18

Səsi ilə çoxlarının qəlbini fəth edən sənətkarın ad günüdür

Aktual Xəbərlər
22 avqust 2026, 00:41

Bakıda ərinin üstünə qışqıran qadın döyüldü

Xəbər
21 avqust 2026, 18:00

Bakıda üç poliklinika birləşdirilir

Oxşar xəbərlər