Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının premyerası baş tutacaq. Bu haqda 13 oktyabr tarixində Bakuplus.az məlumat verib.
Tamaşanın premyerası 27 oktyabr 19:30-da Akademik Rus Dram Teatrının səhnəsində baş tutacaq. Tamaşaçılar premyerada Mirzə Fətəlinin ənənəvi yaradıcılığının məhsulunu deyil, yeni üslubda quruluş verilən tamaşanı izləyəcəklər. Tamaşanın quruluşçu rejissoru Elşən Əsgərovdur.
Tamaşaya biletləri şəhərin bütün kassalarından, iTicket.AZ onlayn bilet satış portalından, “Gənclik Mall” və “28 Mall” ticarət mərkəzlərindən, “ASAN Xidmət” Mərkəzlərindən əldə edə bilərsiniz.