Bakının “Salaam Cinema” mədəniyyət məkanında 11 sentyabr, saat 19:00-da “Lesiris” qrupunun debüt konserti baş tutacaq. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Musiqi axşamı zamanı fank, alternativ rok, hard-rok tərzləri “kaver” qrupunun ifasında səslənəcək.
Biletlərin qiyməti 5 manat təşkil edir. Əvvəlcədən rezervasiya olunmur, biletlər konsertin başlamasından 30 dəqiqə öncə satışa çıxarılacaq.