Salaam Cinema Baku “Modern Van Gogh əsərləri” adlı master-klas təşkil edəcək. Bu haqda 7 oktyabr tarixində BakuPlus.az xəbər verir.
Master-klas 9 oktyabr saat 16:00-da keçiriləcək. İştirakçılar Van Qoqun rəsm əsərlərini öz modern tərzi ilə kətan (30x21) üzərinə qarışıq texnika ilə çəkərək yenidən canlılıq qatacaqlar. Çəkilən əsərlər iştirakçıların özünə qalacaq.
Master-klasın qiyməti 20 manat təşkil edir. Bütün lavazimatlar ödənişə daxildir.
İştirak etmək üçün əvvəlcədən 051 340 86 24 nömrəsi ilə əlaqə saxlayıb, 08 oktyabra kimi qeydiyyatdan keçmək lazımdır.