Bakı Xalça muzeyində sentyabrın 17-si saat 16:00-da “Süjetli Şuşa xalçaları” adlı mühazirə keçiriləcək. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
İştirakçılar muzeydə saxlanılan 19-20-ci əsrlərə aid Şuşa xalçalarının ideyası və bədii quruluşu, o dövrdə yaşamış insanların həyat tərzi haqqında maraqlı məlumatlar alacaqlar.
Mühazirə muzeyinin direktor müavini, baş fond mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova tərəfindən təqdim olunacaq.
İştirak üçün öncədən qeydiyyatdan keçmək lazımdır.