“Yarat” Müasir İncəsənət Mərkəzində Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevlə görüş baş tutacaq. Bu haqda 15 noyabr tarixində Bakuplus.az məlumat verir.
Görüş 25 noyabr saat 19:00-da baş tutacaq. İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.
Cavanşir Quliyev 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb. Onun yaradıcılığının mühüm məqamlarından biri də odur ki, o, ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək əsas alətlər şəklində işlədən ilk bəstəkar olmuşdur. Həmçinin o, müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir.