Bakıda piyada yol qəzası nəticəsində xəsarət alıb. Hadisə Nərimanov rayonunda qeydə alınıb. Bu haqda APA 6 yanvar tarixində xəbər verib.
Metronun Koroğlu stansiyasının qarşısında yolu piyadalar üçün müəyyən edilməyən hissədən keçən 23 yaşlı Lamiyə Həsənovanı avomobil vurub.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.