Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, martın 3-də gecə saatlarında paytaxt sakininin mobil telefonu, içərisində sənəd və bank kartları olan pulqabısı soyğunçuluq yolu ilə talanıb.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Emil Məsimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.