Paytaxtın Nizami rayonunda vətəndaşa sanitar qovşağında hücum edərək pulunu əlindən alan şəxs saxlanılıb. Bu haqda bu gün, 30 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Zərərçəkən Metropolitenin “Neftçilər” stansiyası yaxınlığında yerləşən bankların birindən 10.000 manat dəyərində ABŞ dolları xırdalayıb. Rafiq Kərimov, onu bankdan çıxan kimi izləməyə başlayıb.
Daha sonra R.Kərimov zərərçəkənin daxil olduğu sanitar qovşağında başından dəmir parçası ilə vuraraq, pulu götürüb və hadisə yerindən qaçıb.
Təqsirkar törətdiyi əməli etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb.