"Bakıda Nizami küçəsində yolun çökməsi ilə bağlı məlumat yeni deyil".
Bu məlumatı oxu.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli verib.
"Hazırda o küçədə belə problem yoxdur. Köhnədir. Nə vaxtsa olub", - deyə A.Nəcəfli bildirib.
***
09:03
Bakıda yeni asfaltlanan yol çöküb.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, Nizami küçəsində yolun çökməsi nəqliyyatın hərəkətinə də mane olub.
Həmin görüntüləri təqdim edirik: