Paytaxtın Nizami rayonunda mərmər sexi yanıb. Bu haqda bu gün, 13 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumi sahəsi 20 kv.m olan otağın dam örtüyü 10 kv.m sahədə yanıb. Sexin qalan hissəsinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.